“Bu gün Üçüncü Dünya müharibəsi elan olunub”.
TASS bildirir ki, bunu Roma Papası Fransisk “İsa Cəmiyyəti”nin Avropa jurnallarının rəhbərləri ilə söhbətində deyib.
“Bir neçə il əvvəl ağlıma gəldi ki, biz Üçüncü Dünya müharibəsini hissə-hissə yaşayırıq. Bu gün isə hesab edirəm ki, artıq elan olunub”, - deyə pontifik bildirib.
O, insanları bu barədə düşünməyə çağırıb.
“Bir əsrdə üç dünya müharibəsi yaşayan bəşəriyyətlə nə baş verir?.. Bu, insanlıq üçün pisdir, fəlakətdir”, - deyə o bildirib.
Roma Katolik kilsəsinin rəhbəri xatırladıb ki, Ukrayna ilə yanaşı, digər ölkələrdə də münaqişələr davam edir.
“Afrikanın bəzi hissələrini, Nigeriyanın şimalını, Şimali Konqonu düşünün, hansı ki, müharibə hələ də davam edir və bu, heç kimin vecinə deyil. 25 il əvvəlki Ruandanı xatırlayın. Myanma və rohincaları düşünün. Dünya müharibə vəziyyətindədir”, - deyə Papa Fransisk bildirib.