Fazil Mustafa Şuşa Bəyannaməsi haqda
“BU SƏNƏDİ YENİ BİR DÖVRÜN BAŞLANĞICI HESAB ETMƏK OLAR”

Bir il öncə bu məkanda imzalanan tarixi Şuşa Bəyannaməsinin altında Azərbaycanın böyük Zəfərinin memarı Prezident İlham Əliyev və bu savaşda bizə ən böyük dəstək verən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaları vardır. Bu, həm də Qars müqaviləsindən sonra tarixi və həyati əhəmiyyət daşıyan bir sənəd idi.

 

Bu fikirləri Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda iştirak edən Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa AZƏRTAC-a müsahibəsində söyləyib.

 

Partiya sədri qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyi baxımından yeni dövrün başlanğıcı sayıla bilər. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman Türkiyə ən çətin şərtlərdə bizə necə dəstək vermişdisə, bu gün də öz təsirini regionda daha çox göstərməyə başlayıb. Qarşılıqlı olaraq Azərbaycanın və Türkiyənın təhlükəsizliyinə təminat verən bu sənədi yeni bir dövrün başlanğıcı hesab etmək olar.

 

Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyə qardaşlığının daha da möhkəmləndiyini vurğulayan deputat deyib: “Bu sənəddən öncə müxtəlif sahələrdə əməkdaşlıq olsa da, Türkiyə-Azərbaycan əlaqələri Bəyannamə ilə real məzmun kəsb etməyə başladı. Sənədin imzalanmasının bir illiyi münasibətilə Şuşada keçirilən konfransda biz Azərbaycan və Türkiyə cəmiyyətlərinə birliyimizi, qardaşlığımızı bir daha çatdırmaq istəyirik. Yeni Azərbaycan Partiyası (YAP) ilə Ədalət və İnkişaf Partiyasının (AK Parti) bu məsələni müzakirə etməsi, elmi konfrans formatında dəyərləndirməsi və digər siyasi partiyaların da bu prosesə dəvət olunması ölkəmizdə siyasi mədəniyyətin inkişafını göstərən amillərdəndir. Eyni zamanda, Türkiyədən Milliyyətçi Hərəkat Partiyasının (MHP) bu konfransda olması iki ölkənin partiyalarının yaxınlaşmasını göstərir”.

 

O əlavə edib ki, Şuşa Bəyannaməsi təkcə qardaşlığımızın bir nümunəsi deyil, həm də bölgənin yenidən dizayn olunması üçün qarşımıza çıxan fürsətdir ki, bunu da özümüz yaratmışıq. İşğaldan azad olunan ərazilərdə qurulan infrastruktur və investisiya layihələrində Türkiyə şirkətlərinin önəmli rol alması həm də bizim qardaşlarımıza olan münasibətimizdir. Bu amil onunla izah olunur ki, bizim Türkiyədən başqa modelimiz yoxdur. Biz bundan sonra da birlikdə güclənəcək, eyni zamanda, Şuşa Bəyannaməsinin müddəalarının hamısını da tətbiq edərək qarşımızda olan problemləri birlikdə həll edəcəyik.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.