Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərləri təkzib edib.
Senzor.az bildirir ki, o, bununla bağlı öz “Telegram”ında audiomüraciət yayıb.
Kadırov Putinin yalan məlumat yayan bədxahlarına sonradan biabır və narahat olmamaları üçün ağızlarını bağlamağı tövsiyə edib. Çeçenistan rəhbəri bu yaxınlarda Rusiya Prezidenti ilə telefon danışığından bəhs edərək deyib ki, söhbət zamanı Putinin səsi “çox gümrah” və “amiranə” idi.
“O qədər gülməli cəfəngiyyatlar oxuyuram ki... Prezidentimizə əvəz axtarırlar (guya səhhətində problem var)... Sizi məyus etməli olacağam, bu yaxınlarda Prezidentlə danışdım, onun çox gümrah, amiranə səsi var və o, Ukrayna xalqına və dövlətinə mümkün qədər zərər vurmadan xüsusi əməliyyatı başa çatdırmağa hazırdır”, - Kadırov bildirib.