Bu ilin yanvar-may aylarında Azərbaycan İtaliyaya 3 327 937,37 min ABŞ dolları dəyərində 4 737 557,99 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.
Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 855 500,01 min dollar dəyərində 1 194 565,25 ton neft ixrac edib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-may aylarında bu ölkəyə 770 016,57 min dollar dəyərində 959 145,53 ton neft ixrac edilib.
Qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 8 058 720,31 min dollarlıq 11 383 684,99 ton neft ixrac edib.
2022-ci ilin yanvar-may aylarında Azərbaycanın neft ixrac etdiyi ölkələrlə bağlı saytın hazırladığı reytinq cədvəlini (ixrac edilən neftin həcminə görə) təqdim edirik:
# | Ölkələr | Miqdar, ton | Məbləğ, min $ |
- | Cəmi | 11 383 684,99 | 8 058 720,31 |
1 | İtaliya | 4 737 557,99 | 3 327 937,37 |
2 | İsrail | 1 194 565,25 | 855 500,01 |
3 | Hindistan | 959 145,53 | 770 016,57 |
4 | Böyük Britaniya | 613 731,08 | 463 498,42 |
5 | Portuqaliya | 607 944,06 | 428 162,99 |
6 | Ukrayna | 506 349,3 | 304 515,94 |
7 | İspaniya | 385 525,62 | 265 458,72 |
8 | Tunis | 370 885,05 | 273 656,79 |
9 | Tailand | 368 473,28 | 231 496,55 |
10 | Almaniya | 351 003,97 | 258 524,91 |
11 | Çexiya | 251 558,96 | 160 494,5 |
12 | Türkiyə | 216 555,68 | 118 933,65 |
13 | Rumıniya | 170 203,55 | 103 202,37 |
14 | Vyetnam | 137 774,98 | 117 729,67 |
15 | Xorvatiya | 90 841,14 | 78 130,53 |
16 | İsveçrə | 89 505,43 | 76 076,74 |
17 | İrlandiya | 88 077,58 | 50 060,05 |
18 | Belarus | 84 893,31 | 57 590,07 |
19 | Avstriya | 82 901,03 | 55 781,16 |
20 | Avstraliya | 75 725,01 | 61 669,02 |
21 | Rusiya | 465,51 | 282,82 |
22 | Gürcüstan | 1,7 | 1,44 |