Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiya sıralarından xaric edilib.
Senzor.az bildirir ki, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
**09:00
Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.
Senzor.az-ın məlumatına görə, toplantıda bütün rayon təşkilatlarına sədrlər seçiləcək.
Bundan əlavə, YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə də baxılacaq.
Qeyd edək ki, sosial şəbəkələrdə Ramiz Göyüşovun qeyri-əxlaqi videoları yayılıb.