Kadırov Rusiyaya görə KTMT üzvü olan ölkələri tənqid etdi – “NİYƏ SUSURSUNUZ?”

“Ketemeteçilər (KTMT üzvləri nəzərdə tutulur - red.), siz niyə susursunuz? Niyə öz qonşunuz haqda danışmırsınız? Niyə sizin babalarınızı öldürən banderaçılar, nasistlər və faşistlərə qarşı mövqeyiniz yoxdur? Biz ki Banderaya qarşı birlikdə vuruşmuşuq?!. Ancaq indi sanki heç nə olmamış kimi, Amerika və Avropa sanksiyalarından qorxaraq, hamınız susursunuz”.

 

Bunları Çeçenistan lideri Ramzan Kadırov KTMT üzvlərinin Ukraynada baş verənlərlə bağlı mövqeyini tənqid edərkən deyib.

 

O bildirib ki, əgər dövlət varsa, müttəfiq varsa, o, mütləq qərarını verməli və addım atmalıdır: “Belarusu kim xilas etdi? Rusiya. Qazaxıstanı kim xilas etdi? Rusiya. Ermənistan və Azərbaycan arasında müharibəni kim dayandırdı? Rusiya. Ancaq Rusiyaya kömək lazım olanda, hamınız susursunuz – sanksiyadan qorxursunuz. Biz döyüşməyi bacarırıq. Biz bu gün, sabah, birigün Luqansk və Donetsk “respublikaları”nda yaxşı nəticələri sizə göstərəcəyik. Və ardı da gələcək. Biz öz dövlətimizi qoruyacağıq – bizim xalq və bu şeytanların narahat etdiyi hər kəs...”

 

Axar.az xatırladır ki, Kadırovun bu sözlərinin Qazaxıstan lideri Kasım Jomart Tokayevin “lxr” və “dxr”in müstəqilliyini tanımayacağını bəyan etməsini cavab olduğu iddia edilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.