Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Avropa ölkələrinə “Taliban” hərəkatından fərqli olaraq, hakimiyyətə qanuni yolla gəlmiş Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparmağı məsləhət görüb.
Senzor.az bildirir ki,bu barədə “RİA Novosti” xəbər yayıb.
"Hamı "Taliban" hərəkatı ilə birbaşa danışmaq istəyir, hərçənd o, BMT-nin terror təşkilatları siyahıya salınıb. Deyirlər ki, bəli, "Taliban" əraziyə nəzarət edir, onunla danışmaq lazımdır. Amma Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətə silahlı mübarizə nəticəsində yox, səsvermə yolu ilə gəldi.
Nəticə kiminsə xoşuna gəlir, kiminsə xoşuna gəlmir - bu başqa məsələdir. Amma mənim cavabım belədir: - gedin Belarus hakimiyyəti ilə danışın. Bizimlə nə danışırsınızsa. Rusiyanın bura heç bir aidiyyəti yoxdur", - Vladimir Putin Rusiya-Belarus liderlərinin danışıqlarının nəticəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Rusiya Prezidenti Vladimir Putinlə görüş zamnı danışıqlar son dərəcə dürüst və konstruktiv oldu”.
Bunu isə Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya lideri Vladimir Putinlə görüşündən sonra deyib.
"Bu gün nümayəndə heyətimizə verilən qəbula və bugünki görüşün son dərəcə dürüst, açıq və konstruktiv xarakterinə görə həmkarım Rusiya Prezidentinə təşəkkür edirəm”, - deyə Belarus lideri vurğulayıb.