Ermənistanda partiya sədri deputat mandatından imtina etdi - İLGİNC SƏBƏB

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, “Vətən” partiyasının sədri və Milli Təhlükəsizlik Xidmətinin keçmiş sədri Artur Vanetsyan deputat mandatından imtina edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o özü bəyanat yayıb.

 

"Bir çoxlarınız üçün mənim qərarım təəccüblü olmadı. Mən bir neçə dəfə açıq şəkildə bəyan etmişəm ki, artıq özümü bu parlamentdə görmürəm. Səbəb aydındır: Ermənistan vətəndaşları bizə bu hakimiyyətin dağıdıcı fəaliyyətini dayandırmaq və ölkəni böhrandan çıxarmaq hüququ verib. Lakin indiki parlament, fikrimcə, bu məqsədə çatmaq üçün effektiv platforma olmaqdan çıxıb”, - Vanetsyan sosial şəbəkədə yaydığı bəyanatında yazıb.

 

O qeyd edib ki, “Vətən” partiyasının şurası fəaliyyətini Ermənistan parlamentinin divarlarından kənarda davam etdirmək qərarına gəlib. Faktiki olaraq “Vətən” partiyası Ermənistan Respublika Partiyasının da daxil olduğu “Şərəfim var” blokuna üzvlüyünə də xitam verir.

 

Vanetsyan müxalif fraksiyaların bütün deputatlarına əməkdaşlığa və birgə keçdikləri yola görə təşəkkür edib.

 

Eyni zamanda, o vurğulayıb ki, həmkarları parlamentdə qala bilərlər və onun qərarı heç bir halda onları mandatdan imtinaya təhrik etmir.

 

Qeyd edək ki, müxalifətin aparıcı fiqurlarından sayılan Vanetsyan iqtidarla yanaşı Azərbayacana qarşı da daim radikal və separatçı açıqlamaları ilə seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.