Tbilisinin mərkəzində keçirilən aksiyada etirazçılar əsas tələblərindən daha birini elan ediblər: Baş nazir İrakli Qaribaşvili istefa verməlidir!
Senzor.az-ın məlumatına görə, “Utanc” gənclər hərəkatının lideri Şota Diqmelaşvili bildirib ki, Avropa İttifaqının şərtlərini yerinə yetirmək üçün yeni Milli Razılıq hökuməti formalaşmalıdır.
“Biz Bidzina İvanişvilinin (hakim “Gürcü Arzusu”nun yaradıcısı – red.) hökumətinə istefa vermək üçün bir həftə vaxt veririk”, - Diqmelaşvili deyib.
Xalq Hərəkatının planlarına gəlincə, Diqmelaşvilinin sözlərinə görə, növbəti aksiya iyulun 3-də baş tutacaq və ondan əvvəl paytaxtda və regionlarda əhali ilə görüşlər olacaq.
O əlavə edib ki, tələblər yerinə yetirilmədiyi təqdirdə iyulun 3-də keçiriləcək aksiya müddətsiz olacaq və ona Gürcüstanın regionlarının nümayəndələri də qoşulacaq.
**21:42 (24.06.2022)
“Utanc” gənclər təşkilatı yenidən minlərlə insanı Tbilisinin mərkəzinə toplayıb.
Senzor.az “Sputnik Qruziya”ya istinadən bildirir ki, təşkilat bu dəfə hakimiyyətdən Avropa İttifaqının (Aİ) Gürcüstana namizəd statusu almaq üçün qoyduğu şərtləri yerinə yetirməyi tələb edir.
Söhbət daha əvvəl Avropa Komissiyasının Gürcüstanın müraciəti ilə bağlı rəyində bildirdiyi 12 şərtdən gedir. Onların arasında qütbləşmənin aradan qaldırılması, deoliqarxizasiya, media mühitinin yaxşılaşdırılması, məhkəmə hakimiyyətinin tam müstəqilliyinin təmin edilməsi və s. var.
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasında "Utanc" hərəkatını əsas opponentləri - ən iri müxalif "Vahid Milli Hərəkat" partiyasının gənclər qanadı adlandırırlar.
Ötən aksiya zamanı, iyunun 20-də gənclər təşkilatı tələblərini yerinə yetirməkdən imtina etsələr, hakimiyyətə kütləvi itaətsizlik vəd edib. Həmin gün "Gürcüstanın Avropa seçimi"nin müdafiəsi məqsədilə Xalq Hərəkatının yaradılması haqqında manifest elan olundu.
Aksiya təşkilatçılarının vəd etdiyi kimi, bu dəfə Xalq Hərəkatı gələcək planlarını açıqlayacaq.
Aksiya Rustaveli prospektində, Gürcüstan parlamentinin qarşısında keçirilir. Burada bütün nəsillərin nümayəndələri iştirak edir, baxmayaraq ki, onların əksəriyyəti gənclərdir.
Xatırladaq ki, Aİ Şurası dünən Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəlib və müəyyən edilmiş prioritetlər yerinə yetirilən kimi ona namizəd statusu verməyə hazır olduğunu bildirib. Ukrayna və Moldova isə artıq namizəd statusu alıblar.
Senzor.az