Kiyevə raket hücumu Rusiya barbarlığının bir nümunəsidir.
Rbc.ua-nın məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden Almaniyanın Elmau qəsrində keçirilən G7 sammiti çərçivəsində Ukrayna paytaxtının bu gün atəşə tutulmasını şərh edərkən deyib.
“Bu, daha çox onların barbarlığının nümunəsidir”, - dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, bu gün Rusiya ordusu Kiyevin Şevçenkovski rayonuna raket zərbəsi endirib. Hücum nəticəsində ən azı 5 nəfər yaralanıb, bir nəfər isə ölüb.