Elman Sirac oğlu Rüstəmov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Senzor.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, 70 yaşlı E.Rüstəmov 1995-ci ilin yanvar ayından 2022-ci il aprelin 13-dək Mərkəzi Bankın rəhbəri vəzifəsində çalışıb.
Azərbaycanın Baş naziri Əli Əsədovun 13 aprel 2022-ci il tarixli sərəncamı ilə Elman Rüstəmov hökumət başçısının müşaviri vəzifəsinə təyin olunub.