Rusiyalı jurnalist Vladimir Solovyov “Dağlıq Qarabağın xarici işlər naziri” kimi təqdim etdiyi David Babayana efir verdiyinə görə Azərbaycandan üzr istəyib.
Senzor.az bildirir ki, V.Solovyov böyük səhvə yol verdiyini etiraf edib: "Mən böyük siyasi səhvə yol verdim, çünki indi Qafqazda gedən çox mürəkkəb prosesdə qüvvələr balansını pozdum. Əlbəttə, əgər mən Qarabağın nümayəndəsini efirə çıxarıramsa, gərək dərhal Azərbaycanın nümayəndəsini də çıxaraydım ki, tarazlığı saxlayım. Sadəcə, mən bunu növbə ilə etmək istədim, alınmadı, jurnalist obyektivliyi olsun deyə məsələni həm bu, həm də digər tərəflə razılaşdırmaq lazım idi. Beləliklə, hazırda olduqca çətin vəziyyət yaranıb. Düşünürəm ki, çox hörmətli Azərbaycan tərəfdən necə şərh almaq olar. Təəssüf ki, bu asan deyil. Cəhd etmişəm, lakin qarşı tərəfdən bu müsahibənin yayımlanmasının özündən çox incikdirlər...”.
Daha ətraflı videosüjetdə:
Təbii ki, jurnalist Vladimir Solovyovun səhvini başa düşməsi təqdirəlayiqdir. Və o səhvini hansısa şəkildə düzəltməyə çalışır. Ancaq rusiyalı jurnalistin Ermənistan-Azərbaycan münaqişəsində “Dağlıq Qarabağ” kimi bir tərəfin olmadığını anlamasının vaxtı çoxdan çatıb. Rusiyanın həll etməyə çalışdığı münaqişənin ikinci tərəfi Ermənistandır...