Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Kahramanmaraşdakı yerli toplantısına qatılıb.
Məlumatı “Haber Global” yayıb.
Bildirilir ki, daha sonra vətəndaşlarla bir araya gələn dövlət başçısı öz səsiylə yazılmış şeiri dinləyərkən göz yaşlarına hakim ola bilməyib. Görüş iştirakçıları Prezidentə alqışlarla dəstək veriblər.
Sonda isə 1999-cu ildə işıq üzü görmüş Ərdoğanın səsləndirdiyi şeirlərdən ibarət audiotoplu ona hədiyyə edilib.