Ermənistan parlamenti sədrinin müavini İşxan Saqatelyan tutduğu vəzifədən azad edilb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı gizli səsvermə keçirilib. 66 deputat onun vəzifədən getməsinin lehinə səs verib, əleyhinə səs verən ollmayıb.
Qeyd olunub ki, İşxan Saqtelyan parlamentin iclaslarında müntəzəm iştirak etməyib, ali qanunverici orqanda iğtişaşlar, qarşıdurma yaradıb, cəmiyyətin müxtəlif təbəqlərinin nümayəndələrini təhqir edib.
Qeyd edək ki, İşxan Saqatelyan Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan başçılıq etdiyi müxalifət sayılan “Ermənistan” (“Hayastan”) parlament fraksiyasının deputatı, “Müqavimət” hərəkatının liderlərindən biridir.
Onu da qeyd edək ki, İ.Saqatelyan özü və parlament müxalifəti iclasda iştirak etməyiblər-etiraz aksiyası keçirirlər.
**12:10
Bu gün Ermənistan müxalifətinin “Müqavimət” hərəkatı parlament binasının girişində etiraz aksiyası keçirir.
Senzor.az yerli KİV-ə istinadən xatırladır ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyası iyulun 1-də növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə müraciət etmişdi. Müraciətdə “Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyanın parlamentin vitse-spikeri vəzifəsindən geri çağırılması, habelə Vahe Akopyanın parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri səlahiyyətlərinə xitam verilməsi haqqında qərar layihələrinin gündəliyə salınması təklif olunub.
Hazırda parlamentin iclasında İşxan Saqatelyanın parlamentin vitse-spikeri vəzifəsindən məhrum edilməsi, habelə Vahe Akopyanın parlamentin daimi komissiyasının sədri səlahiyyətlərinə xitam verilməsi üçün gizli səsvermə keçirilir.
Səsvermə saat 11:30-da başlayıb və 12:15-dək davam edəcək. Parlament müxalifəti özü də iclasda iştirak etmir və etiraz aksiyası keçirir.
Qeyd edilir ki, müxalifət deputatlarını vəzifələrindən məhrum etmək yalnız ilk addımdır. Hakimiyyət 10 deputatın daimi olaraq mandatdan məhrum edilməsi imkanını da nəzərdən keçirir.