AMİP-in Berlin qətiyyəti - SERJ SARKISYANIN PARTIYASININ BDİ-yə ÜZVLÜYÜNÜN QARŞISI ALINDI

26-29 iyun 2022 ci il tarixlərində Berlində AMİP-in tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) Forumu, İcraçı Toplantısı və Sammiti keçirillib

 

Senzor.az partiyadan verilən məlumata istinadən bildirir ki, tədbirlərdə partiyanı AMİP-in fəxri lideri Etibar Məmmədov və AMİP Sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev təmsil ediblər. 

 

Dünyanın BDİ-yə üzv olan bir sıra sağ mərkəzçi partiya rəhbərlərinin, bir çox hazırkı və keçmiş dövlət, hökumət başçılarının, Avropa Parlamenti deputatlarının, ATƏT təmsilşilərinin və tanınmış siyasətçi, ekspertlərin iştirakı ilə keçirilən Forumda əsas mövzulardan biri Rusiya-Ukrayna müharibəsi olub. Forumda Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko geniş nitq söyləyərək bu günə qədər olan hərtərəfli dəstəyə görə təşəkkür edərək, dünya dövlətlərini Ukraynaya köməklərini daha da artırmağa və Rusiyanın işğalçılıq siyasətinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çağırıblar.  

BDİ-nin İcraçı Toplantısında AMİP-in fəxri lideri Etibar Məmmədov Cənubi Qafqazdakı vəziyyət və Ukraynadakı hadisələrin reqiona təsirləri ilə bağlı çıxış edib. Ermənistan-Azərbaycan arasında müharibə vəziyyətinin qalmasının regiona və Avropanın enerji təhlükəsizliyinə təhdid olduğunu  bildirən E. Məmmədov çıxışında regionda sabitliyin yaranmasında əsas yolun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən keçdiyini bildirib. Bunun üçün isə tərəflərin bir-birilərinin ərazi bütövlüyünü tanıması və ərazi iddialarının olmamasını əsas şərt kimi vurğulayıb.   E. Məmmədov çıxışında Azərbaycanın sülh müqaviləsini imzalamağa hazır olduğunu, Ermənistanın isə müxtəlif bəhanələrlə bundan yayınmaq istədiyini bildirərək Avropa İttifaqını bu istiqamətdəki fəaliyyətini daha da artırmağa, dünya dövlətlərini daha da fəal olmağa çağırıb. 

Berlin Sammitindən öncə məlum olub ki, sabiq prezident Serj Sarkisyanın lideri olduğu Ermənistanın Respublikaçılar partiyası BDİ-yə üzv olmaq üçün Berlin toplantısına qatılacaq. Bu partiya indiyədək bir neçə dəfə belə çəhdlər etsə də, AMİP onların BDİ-nin prinsiplərinə zidd fəaliyyət göstərdiklərini əsas gətirək  üzvlük məsləsinin  qarşını ala bilib.  Bu dəfə də reqionda separtçılığın və terrorun əsasını qoyan Sarkisyanın liderlik etdiyi partiyaının BDİ-yə üzvlüyünün imkansız olması ilə bağlı AMİP faktlarla etirazını bildirib.  Belə ki, Krımın anneksiyası zamanı Rusiyaya dəstək verməsi, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə heç bir münasibət bildirməməsi, partiyanın Moskvadan idarə olunması reallığı,  hakimiyyətə gəlmək üçün Kremlin yardımına arxalanması, Azərbaycanla yenidən müharibəyə başlamaq təbliğatını aparmaqla sülhün yaranmasına qarşı çıxması AMİP tərəfindən diqqətə çatdırılıb.  Nəticədə onlara üzvlük üçün  zəmanət verən (sponsorluq edən)  partiyalar zəmanətlərini geri çəkməklə bu məsələ ümüiyyətlə gündəlikdən çıxarılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.