Bakıda hüquq müdafiəçiləri və jurnalistlər məhkəmələrdən şəffaflıq tələb etdilər - AKSİYA
FOTO

İyulun 1-də "Müdafiə xətti" ictimai təşkilatı Məhkəmə-Hüquq Şurasının qarşısında etiraz aksiyası keçirib.

 

Senzor.az bildirir ki, bu barədə Turan məlumat yayıb.

 

İştirakçılar hüquq müdafiəçilərinin və jurnalistlərin açıq proseslərə buraxılmamasına etiraz ediblər. Aksiyada məhkumların ailə üzvləri də iştirak ediblər.

 

Aksiya qətnamənin açıqlanması ilə başa çatıb. Sənəddə məhkəmə proseslərinin açıqlığının təmin edilməsi, jurnalistlərin və hüquq müdafiəçilərinin qəbuluna məhdudiyyətlərin aradan qaldırılması tələb olunub.

 

Aksiya zamanı iştirakçılar vaxtaşırı "Ədalətli, şəffaf, açıq məhkəmə istəyirik!” şüarı səsləndiriblər. Həmçinin "Jurnalistləri məhkəmələrə buraxın!" şüarı ilə plakat qaldırılıb.

 

Aksiya insidentsiz başa çatıb, polis müdaxilə etməyib. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.