Rusiya 47 min Qırğızıstan vətəndaşı üçün ölkəyə giriş məhdudiyyətini aradan qaldırıb.
Bu ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.
Məlumata görə, əvvəllər Rusiya Federasiyası ərazisinə girişi qadağan olunmuş Qırğızıstan vətəndaşlarının sayı xeyli azaldılıb. Qadağa Rusiya Federasiyasında törədilən “xırda inzibati xətalar”la əlaqədar tətbiq edilib.
Azvision.az bildirir ki, bu, 2022-ci ilin mayında Rusiya Federasiyasında Qırğızıstan Respublikası vətəndaşlarının hüquqi statusunun təmin edilməsi məsələsi üzrə yüksək səviyyəli danışıqlar nəticəsində mümkün olub.