Gürcüstanda Rusiyameylli partiyanın ləğvi tələb olunur
OMBUDSMAN KONSTİTUSİYA İDDİASI HAZIRLAYIB

Gürcüstan ombudsmanı Nino Lomcariya ölkədə fəaliyyət göstərən Rusiyameylli “Mühafizəkar hərəkat” partiyasının ləğvini tələb edir.

 

“Report” xəbər verir ki, xalq müdafiəçisi bununla bağlı konstitusiya iddiası hazırlayıb.

 

Ombudsman Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ olmadığından iddianın qaldırılmasını bu hüquqa malik səlahiyyətli subyektlərə təklif etmək niyyətindədir.

 

N.Lomcariya məhkəmənin iddia ilə bağlı işə baxacağına ümid etdiyini bildirib.

 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Gürcüstan ictimaiyyəti “Mühafizəkar hərəkat” partiyasının fəaliyyətinə qarşı etirazlara başlayıb. Bu səbəbdən siyasi təşkialtın ölkə üzrə bir neçə özəyi ofisini bağlamağa məcbur olub.

 

Təsisçisi “Alt-İnfo” onlayn media resursu olan “Mühafizəkar hərəkat” partiyası ötən ilin dekabrında dövlət qeydiyyatına alınıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.