"Boz kardinal" Ermənistan-Türkiyə danışıqlarında
KILIÇLA MÜZAKİRƏLƏRİ ƏSLİNDƏ KİM APARIR?

Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri Edqar Kazaryan Facebook səhifəsində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin – səfir Serdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın iyulun 1-də Vyanada keçirilmiş görüşündən foto paylaşıb.

 

“2022-ci il iyulun 1-də heç bir hüquqi və diplomatik statusu olmayan Ruben Rubinyanla Türkiyənin rəsmi olaraq təyin etdiyi - ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın görüşündə Ermənistanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Arsen Avaqyan da iştirak edib. Belə çıxır ki, iqamətgahı İranın paytaxtında olan və rəsmi olaraq bu ölkədə diplomatik missiya həyata keçirən bir səfir dördüncü ölkə ilə münasibətləri normallaşdırmaq üçün üçüncü ölkədə diplomatik görüşdə iştirak edir”, – deyə Kazaryan hiddətlə bildirib.

 

Onun fikrincə, bu, diplomatiya tarixində görünməmiş bir hadisədir.

 

Kazaryan qeyd edir ki, səfir öz missiyasını yerinə yetirdiyi yeri tərk etdiyi hallarda müvəqqəti olmayacağı barədə XİN-i xüsusi nota ilə xəbərdar edir və eyni şəkildə geri qayıtması barədə məlumat verir.

 

“İran Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından Arsen Avaqyanla bağlı belə bir rəsmi bildiriş aldıqdan sonra onların ölkəsində akkreditə olunmuş diplomatın, yəni səfirin paytaxtda olmadığını, üstəlik üçüncü bir ölkənin paytaxtında Türkiyə ilə əlaqələrin normallaşdırılması üzrə danışıqlara qatıldığını öyrənə bilər. Bu, çoxlu suallar doğuran qalmaqallı faktdır”, - deyə o vurğulayıb.

 

Kazaryan Arsen Avaqyanı elmi və praktiki diplomatiya baxımından ən yaxşı erməni türkoloqlarından biri adlandırır. Qeyd edir ki, o, Türkiyənin tarixini kifayət qədər yaxşı bilir və Ermənistan-Türkiyə münasibətlərinin incəliklərinə hərtərəfli  bələddir. Avaqyan 2001-2005 və 2015-2019-cu illərdə iqamətgahı İstanbulda olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Ermənistanın daimi nümayəndəsi olub. Erməni mətbuatı iddia edir ki, məhz bu fakt onun xüsusi nümayəndələrin görüşünə dəvət edilməsində həlledici amil olub.

 

“Halbuki Ermənistanda hakimiyyətin və diplomatiyanın başında bilikli və tədbirli adamlar olsaydı, o zaman o (Avaqyan – red.), Ermənistanın İrandakı səfiri yox, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair prosesdə Ermənistanın Xüsusi tapşırıqlar üzrə səfir statusunda rəsmi nümayəndəsi təyin olunar, daha qulluqçu kimi təcrübəsiz, cahil və faydasız Ruben Rubinyana   xidmət etməyə göndərilməzdi", - deyə Kazaryan fikrini yekunlaşdırıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.