Moldovada kütləvi “bomba həyəcanı” yaşanır

Son üç gün ərzində Moldovanın müxtəlif qurumlarında “bomba həyacanı” yaşanır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iyulun 7-də də hüquq-mühafizə orqanlarına Kişineuda Ali Məhkəmənin binasına partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

 

Hazırda ərazidə bütün ixtisaslaşmış xidmətlər işləyir. Ərazi mühasirəyə alınıb, insanlar binadan təxliyə ediliblər.

 

Bu gün naməlum şəxslər Qaqauziya Muxtar Vilayəti ərazisində daha bir obyekti “minalayıb”. Bu dəfə hüquq-mühafizə orqanlarına Komrat Liseyinin binasına partlayıcının qoyulması barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanları hadisə yerinə gəlib, yoxlama aparır, insanlar təxliyə ediliblər.

 

Qaqauziyada daha əvvəl İcraiyyə Komitəsinin binasına və çoxfunksiyalı mərkəzlərə “bomba” qoyulması barədə məlumatlar yayılmışdı. Bütün hallarda xəbərlərin yalan olduğu üzə çıxıb.

 

Eyni zamanda, üç gün öncə Kişineu aeroportuna da bomba qoyulması barədə məlumat daxil olmuşdu.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.