Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan təhsil aldığı akademiyadan xaric edilib.
Senzor.az bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Bildirilir ki, İrəvanda yerləşən Ermənistan Dövlət İncəsənət Akademiyasında oxuyan Aşot Paşinyan dərslərdə iştirak etmədiyi üçün akademiyadan uzaqlaşdırılıb. Mənbə vurğulayıb ki, Aşot tədris prosesində dərslərdə yalnız ilk üç gün iştirak edib.
“Maraqlıdır ki, bir vaxtlar İrəvan Dövlət Universitetinin tələbəsi olan Nikol Paşinyan ozamankı iqtidardan narazı olduğu üçün dərslərdə iştirakdan imtina etmişdi, görəsən Aşot da hakimiyyətdən narazıdır?” – deyə xəbəri yayan mənbə ironiya ilə soruşub.