Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup şəxsin Nazirlər Kabinetinin qarşısında iyulun 13-nə təyin etdiyi aksiya ilə bağlı müraciətinə cavab verib.
Senzor.az-ın məlumatına görə, aksiya təşkilatçılarına təqdim olunan cavab məktubunda BŞİH tədbirin keçirilməsinə razılıq vermədiyini bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi də iyulun bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib. Qeyd olunub ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir və qarşısı alınacaq.
Onu da qeyd edək ki, iyulun 13-də Nazirlər Kabinetinin binası qarşısında “Ölkənin quru sərhədlərini açın!” tələbilə etiraz aksiyası keçirilməsi təşəbbüsü ilə Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublu çıxış edib.