Ukrayna Prezidenti Volodimir Zelenski Qurban bayramı münasibətlə müsəlmanları təbrik edib.
Senzor.az bildirir ki, dövlət başçısı “feysbuk” səhifəsində təbrik videosu paylaşıb.
“Bunu Krım-tatar xalqı xüsusi ilə gözləyir. Mən inanıram ki, bizim bir-birimizi azad Krımda təbrik edəcəyimiz il gələcək”, - Ukrayna lideri bildirib.
V.Zelenski müraciətini Krım tatarlarının türkcəsində tamamlayıb: “Qurban bayramınız xeyirli və mübarək olsun!”.
O, təbrikini Slave Ukraine (Yaşasın Ukrayna!) şüarı ilə bitirib.