“Meta” şirkətinə məxsus sosial şəbəkələrin bütün Avropada qadağan edilməsi təklif edilib.
“The Independent”in xəbərinə görə, İrlandiya Milli Məlumatların Mühafizəsi Komissiyası müəyyən edib ki, şirkətin irlandiyalı istifadəçilərin məlumatlarını ABŞ-da yerləşən serverlərə ötürmək hüququ yoxdur.
İrlandiya Rusiyadan nümunə götürərək Avropa ölkələrini “Meta”nı qadağan etməyə dəvət edib.
Nəşr bildirib ki, əgər ölkələr razılaşarsa, o zaman Facebook və İnstaqram sosial şəbəkələri bu yay Avropa İttifaqında bloklana bilər.