Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkar Partiyanın lideri və Baş nazir vəzifələrinə namizədliyini irəli sürüb.
Senzor.az bildirir ki, bu barədə siyasətçi "The Telegraph" nəşri üçün yazdığı məqaləsində qeyd edib.
Namizədliyini elan edən Liz Trass “ilk gündən” vergiləri azaldacağını söyləyib.
Qeyd edək ki, Boris Conson İngiltərədə Mühafizəkarlar Partiyasının rəhbərliyindən istefa verdiyini elan etdikdən sonra artıq 11 siyasətçi partiyaya rəhbərlik etmək üçün namizədliyini açıqlayıb.
Mühafizəkarlar Partiyası rəhbərliyinin seçilməsi 1922 Komissiya adlı komitə tərəfindən təşkil edilir. Sentyabrda partiyanın və ölkənin yeni liderinin müəyyənləşəcəyi gözlənilir.
Onu da xatırladaq ki, Boris Conson iyulun 7-də Baş nazir vəzifəsindən və Mühafizəkarlar Partiyasının rəhbərliyindən istefa verdiyini bildirib.