Ukrayna Çeçenistanın müstəqilliyini tanıya bilər
ALİ RADADA YENİ QƏRAR LAYİHƏSİ

Ukrayna Ali Radasında Rusiya Federasiyasına daxil olan Çeçenistan Respublikasının dövlət suverenliyinin tanınması haqqında qərar layihəsi irəli sürülüb.

 

Bu barədə delo.ua məlumat yayıb. 

 

Onun təşəbbüskarları xalq deputatları Aleksey Qonçarenko və Musa Maqomedovdur.

 

Qonçarenko öz “Telegram” kanalında qanun layihəsini şərh edərək, onun mahiyyətini açıqlayıb. O xatırladıb ki, Rusiya Çeçenistan ərazisini güc yolu ilə Federasiyanın tərkibinə daxil edib. 

Deputatın sözlərinə görə, İçkeriyadan olan hərbçilər indi Ukraynanın tərəfində Rusiyaya qarşı vuruşurlar.

 

“Ona görə də mən həmkarlarımı bu qətnaməni tez bir zamanda qəbul etməyə çağırıram və Ukrayna Prezidentinə Çeçenistan İçkeriya Respublikasının müstəqilliyini tanımağı təklif edirəm. İçkeriya Rusiyadan azad və müstəqil olmalıdır”, - A.Qonçarenko bildirib.

 

Qeyd edək ki, 2022-ci il mayın 17-də Ukrayna Prezidentinin saytında “Çeçenistan İçkeriya Respublikasının suverenliyinin tanınması” tələbi ilə bağlı petisiya qeydə alınıb. İyulun 12-nə olan məlumata görə, petisiya 119 səs toplayıb, onun baxılmaq üçün Prezidentə təqdim edilməsi üçün isə 25 min səs lazımdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.