“Yaxın Şərq ölkələri Rusiyanın regionda rolunun güclənməsi fonunda Qərbin etibarlı müttəfiqi olmaqdan çıxıb”.
Almaniyanın “Die Welt” nəşrində dərc olunan məqalədə belə deyilir.
“Putin regionda böyük münaqişələrin nizamlanmasında Moskva üçün əsas mövqeni təmin edə bilib.
Birləşmiş Ştatlar Rusiyanın Ukraynadakı əməliyyatına qarşı qlobal cəbhə qurmağa çalışarkən ərəb müttəfiqləri arasında ilk uğursuzluqla üzləşib. Belə ki, Vaşinqtonun ən mühüm müttəfiqi olan Birləşmiş Ərəb Əmirliklərinin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını pisləməkdən çəkinməsi təəccüblü idi”, - deyə alman nəşri əlavə edib.
“Die Welt” bildirib ki, Putinin qərarları Avropa və ABŞ-ı Yaxın Şərqdəki müttəfiqlərindən məhrum edib.