Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqda fövqəladə vəziyyətin yumşaldılması barədə fərman imzalayıb.
TASS xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, ölkədə baş verən iğtişaşlarla əlaqədar olaraq Şavkat Mirziyoyev iyul ayının 3-də ölkədə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman imzalayıb.
Fövqəladə vəziyyət avqustun 2-dək davam edəcək.
Onu da xatırladaq ki, etirazların səbəbi kimi konstitusiyanın yanlış şərh edilməsi göstərilirdi.