Estoniyanın Baş naziri Kaja Kallas istefa verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, K. Kallas istefası barədə özü açıqlama yayıb.
Xatırladaq ki, o, 2021-ci ildən bu vəzifəni icra edirdi. Kaja Kallas Estoniyanın 19-cu baş naziri idi.
Qeyd edək ki, onunla birlikdə hökumətin bütün üzvlərinin istefaya getdiyi bildirilir
Bu arada Baş nazirin istefası barədə hökumətin mətbuat xidməti də məlumat yayıb. "Baş nazir Kaja Kallas bu gün səhər hökuməti öz istəyi ilə istefa vermək qərarına gəldiyini rəsmən məlumatlandırıb. Bütün hökumət onunla birlikdə istefaya gedir", - deyə Estoniya hökumətinin saytında yerləşdirilən bəyanatda vurğulanıb.