“Amerika Birləşmiş Ştatları öz vətəndaşlarını Ukraynaya getməməyə çağırır və orada olanlardan oranı dərhal tərk etmələrini xahiş edir”.
Senzor.az bildirir ki, ABŞ-ın Ukraynadakı səfirliyinin yaydığı məlumatda belə deyilir.
Qeyd edilir ki, Rusiyanın davam edən hücumları, ölkədəki aktiv hərbi əməliyyatlar və qeyri-müəyyənlik səbəbindən bütün Ukrayna ərazisində təhlükəsizliklə bağlı vəziyyət gözlənilməz olaraq qalır.
Səfirlik ABŞ vətəndaşlarını Ukraynaya getməməyə, Ukraynadakıları isə təhlükəsiz olduğu təqdirdə şəxsi yerüstü nəqliyyat vasitələrindən istifadə edərək oranı dərhal tərk etməyə çağırır.
Səfirlik amerikalılardan, həmçinin kütləvi toplantılardan və tədbirlərdən çəkinməyi xahiş edir, çünki onlar qərb bölgələri də daxil olmaqla, Ukraynanın hər hansı bir yerində hədəfə çevrilə bilərlər.
Senzor.az