İsrail Müdafiə Qüvvələri və MOSSAD İranla bağlı vəziyyət və yeni nüvə sazişinin bağlanmasına dair hər hansı inkişafa hazırlaşmaq tapşırığı alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin Baş naziri Yair Lapid deyib.
“İsrail Müdafiə Qüvvələri və MOSSAD bizdən istənilən ssenariyə hazırlaşmaq üçün göstərişlər alıb. Biz İsrailin təhlükəsizliyini qorumaq üçün hərəkətə keçməyə hazır olacağıq. Amerikalılar bunu başa düşür, bütün dünya bunu başa düşür, İsrail ictimaiyyəti də bunu bilməlidir. Bu razılaşma hələ 2015-ci ildə imzalananda pis razılaşma idi. İndi isə İran texnologiyanın inkişafı baxımından fərqli vəziyyətdədir”, - deyə Lapid vurğulayıb.