Rusiya və Ermənistan liderləri Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib.
Liderlər Rusiya ilə Ermənistan arasında dostluq haqqında müqavilənin imzalanmasının 25 illiyi münasibətilə bir-birini təbrik ediblər.
Bundan başqa, ikitərəfli münasibətlər və Qarabağ məsələsi ətrafında da müzakirələr aparılıb.
**14:26
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi iki ölkə arasında dostluq müqaviləsinin 25-ci ildönümü münasibətilə telefon danışığı aparacaqlar.
TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, telefon danışığı zamanı “cari məsələlərin gedişi” də müzakirə olunacaq.