Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Azərbaycan və Ermənistan liderlərinin avqustun 31-də Brüsseldə keçiriləcək görüşü müzakirə olunub.
Bundan əlavə, tərəflər dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib və danışıqların səmərəli olacağına ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, bundan öncə Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdi.