ABŞ, İsrail və Səudiyyə Ərəbistanı “dronlar ordusu” yaradırlar - İRANA QARŞI

ABŞ İsrail və Səudiyyə Ərəbistanı ilə birlikdə İranın hərbi fəallığının qarşısını almaq üçün ekipajsız dəniz və hava aparatları şəbəkəsinin hazırlanması üzərində iş aparır.

 

Senzor.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

 

Nəşrin məlumatına görə, dronların tətbiqi üzrə proqramın miqyası və metodları haqqında məlumat hələlik açıqlanmır, lakin ABŞ ümid edir ki, gələn il 100-ə yaxın kəşfiyyat aparatı Süveyş kanalından İran sahillərinə qədər ərazidə müşahidə aparacaq.

 

"Bu iş, təxminən yarım ildir ki, aparılır. Düşünürəm ki, biz, həqiqətən də, pilotsuz texnoloji inqilabın astanasındayıq", - deyə nəşr ABŞ Hərbi Dəniz Donanmasının kapitanı,  bu proqrama görə məsul olan Maykl Brasserdən sitat gətirib.

 

O qeyd edib ki, yaradılmaqda olan şəbəkədə istifadə üçün sınaqdan keçirilən dronların heç biri silah daşımır. ABŞ gələcəkdə bu cür şəbəkələrin yaradılması təcrübəsindən dünyanın digər regionlarında da istifadə etmək niyyətindədir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.