Ermənistanda daha bir generala qarşı cinayət işi qaldırıldı – HƏMİN CALAL ARUTYUNYAN
VİDEO

Ermənistanın İstintaq Komitəsində general-leytenant Calal Arutyunyana qarşı cinayət işi qaldırılıb. 


Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, onun xidməti vəzifəsinə səhlənkar münasibət göstərdiyi və bunun ağır nəticələrə gətirib çıxardığı bildirilir.

 

Artıq istintaqla müəyyən edilib ki, hərbi rəhbər, general-leytenant rütbəsində olan Calal Arutyunyan elan edilmiş hərbi vəziyyət dövründə xidməti vəzifələrinə səhlənkar münasibət göstərib, onları lazımınca yerinə yetirməyib. Nəticədə onun əməlləri ağır fəsadlara səbəb olub, öz bölmələri canlı qüvvə və hərbi texnika baxımından külli miqdarda itki verib, ehtiyat hissələri döyüş qabiliyyətini itirib, atəş mövqeləri isə Azərbaycan Ordusunun nəzarəti altına keçib.

 

Xatırladaq ki, 44 günlük müharibədə PUA-ların hədəfinə çevrilən, ağır yaralansa da sağ qalan Arutyunyan Ermənistan silahlı qüvvələrinin “canlı əfsanəsi” hesab olunurdu.

 

Yeri gəlmişkən, ondan bir gün əvvəl Ermənistan İstintaq Komitəsinin irəli sürdüyü ittihamla məhkəmə digər general Mikael Arzumanyan barədə həbs qətimkan tədbiri seçib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.