Ukrayna ordusu Baştansk rayonunda Rusiyaya məxsus bərəni məhv edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Cənub Operativ komandanlığı məlumat yayıb.
Komandanlıq bildirir ki, son sutka ərzində Zelenodolska raket hücumu nəticəsində biri uşaq olmaqla 9 mülki şəxs həlak olub.
Hücumların qarşısı alınarkən Rusiyaya məxsus 9 tank, 1 haubitsa, 1YARS, 1 ədəd S-300 buraxılış qurğusu, 1 ədəd 152 mm-lik top və 18 hərbi avtomobil məhv edilib. Həmçinin Baştansk rayonunda 1 silah anbarı və 1 bərə məhv edilib, 152 Rusiya hərbçisi zərərsizləşdirilib.
O da qeyd olunub ki, Qara dənizdə fırtına olduğu üçün hərbi gəmilər sahilə yaxın ərazidə lövbər salır. Bərəni məhz bunun nəticəsində vurmaq mümkün olub.