Avropa Çempionatı: Türkiyə-Gürcüstan matçında insident + KÜTLƏVİ DAVA

Basketbol üzrə Avropa çempionatının Türkiyə - Gürcüstan matçından sonra qalmaqallı hadisə yaşanıb.

 

Senzor.az bildirir ki, bu barədə Eurohoops məlumat yayıb.

 

Türkiyə Basketbol Federasiyasının vitse-prezidenti Ömər Onan bildirib ki, oyun başa çatdıqdan sonra hər iki komandanın basketbolçuları və məşqçiləri ilə yanaşı, Gürcüstan hüquq-mühafizə orqanları  əməkdaşlarının da iştirak etdiyi kütləvi dava olub.

“Furkan Qorxmaz məşqçimizlə dəhlizlə soyunub-geyinmə otaqlarına gedərkən Gürcüstan millisinin basketbolçuları oyundan çıxarılan Duda Sanadze və polislə birlikdə ona hücum ediblər. Belə şey olmamalıdır. Matçın sonunda 30 polis əməkdaşı dava salıb. Biz gürcü polisi ilə döyüşməli olduq”, - o bildirib.

 

Oyunda Gürcüstan millisi əlavə vaxtda 88:83 hesabı ilə qalib gəlib. Matçın dördüncü hissəsində Furkan Qorxmazla Duda Sanadze arasında dava düşüb, epizoda əlavə baxıldıqdan sonra hər iki futbolçu meydandan kənarlaşdırılıb. Eyni zamanda Türkiyə tərəfi davanın nəticəsinə etiraz edib. Buna səbəb Korkmaz və Sanadze ilə insidentdən sonra 22 saniyənin oyun vaxtından çıxarılması olub.


Ömər Onan onu da bildirib ki, əgər Beynəlxalq Basketbol Assosiasiyası hadisəyə münasibət bildirməzsə, Türkiyə turnirdən çəkiləcək.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.