Lavrov və Mirzoyan İrəvanla Bakı arasında sülh müqaviləsini müzakirə ediblər - YENİLƏNİB

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakı arasında sülh müqaviləsi parametrlərinin işlənməsi kontekstində gələcək addımları müzakirə ediblər.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

 

“Diqqət regional məsələlərə yönəlib. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 (10) noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin hərtərəfli həyata keçirilməsinə dair öhdəlik bir daha təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, işlərin görülməsi kontekstində gələcək addımlar, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması müzakirə edilib”, - Rusiyanın xarici siyasət idarəsinin xəbərində deyilir.

 

**10:44


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Moskvaya işgüzar səfərə gedəcək.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

A.Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

 

Tərəflər regional təhlükəsizlik və sabitlik, o cümlədən Ermənistan-Rusiya müttəfiqlik münasibətləri ilə bağlı məsələləri müzakirə edəcəklər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.