Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov Las-Veqasda (ABŞ) “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk görüşünü keçirib.
Senzor.az bildirir ki, 28 yaşlı idmançı braziliyalı İsmael Bonfimlə qarşılaşıb.
Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan təmsilçisi karyerasında dördüncü dəfə məğlubiyyətlə (28 qələbə) üzləşib. Onun rəqibi üçün isə bu qələbə MMA-da 17-ci (3 məğlubiyyət - red.) olub.