Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edir - FOTO

Bu gün Qırğız Respublikasının Çolpon-Ata şəhərində MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının iclası işə başlayıb. 

 

Senzor.az president.kg saytına istinadən bildirir ki, iclasdan əvvəl Qırğız Respublikasının Prezidenti Sadır Japarov MDB-yə üzv dövlətlərin daxili işlər nazirləri ilə görüşüb.

 

Qeyd edək ki, tədbirdə Azərbaycanı DİN başçısı Vilayət Eyvazov təmsil edir. 

Bildirilir ki, iclasda həmçinin Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikasının, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın daxili işlər nazirləri, eləcə də MDB üzvü olan ölkələrin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun nümayəndələri iştirak edirlər.

 

İclasda birlik ölkələrində cinayətkarlıqla mübarizə üzrə birgə tədbirlər müzakirə ediləcək, xüsusilə təhlükəli cinayətlərə qarşı mübarizə üzrə dövlətlərarası proqramların icrası barədə məlumatlar dinləniləcək.

 

Bundan əlavə, iclas iştirakçıları MDB ölkələrinin daxili işlər orqanlarının qarşılıqlı fəaliyyəti, kibercinayətkarlığa qarşı mübarizə, xüsusilə təhlükəli cinayətkarların axtarışı, yeni narkotik vasitələrin qanunsuz dövriyyəsi məsələlərini nəzərdən keçirəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.