Azərbaycan 5 erməni hərbçisini qarşı tərəfə təhvil verdi
YENİLƏNİB

Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.

 

Senzor.az Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadla bildirir ki, Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verilib:

 

Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

 

Gevorkyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

 

Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

 

Manukyan Varazdat Amuşavan - 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

 

Hovsepyan Edik Tiqrani - 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı.


**17:29


Azərbaycan Ali Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmuş 4 şəxsin barəsində olan kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib.

 

Şikayətlərə hakim Nazim Mövsümov və İlkin Rəcəbovun sədrliyi ilə baxılıb.

 

Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı məhkumlara aid hissədə dəyişdirilib.

 

Belə ki, həmin şəxslərə 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Beləliklə, onların həbs cəzası bitmiş sayılıb. Onlar dərhal cəzaçəkmə müəssisəsindən azad edilib.

 

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilmişdilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.