Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.
Senzor.az bildirir ki, "Mauqli" ləqəbli idmançımız sonuncu döyüşünü Milli Gimnastika Arenasında braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silvaya qarşı keçirib. O, "sambaçı"nı 1-ci raundda nokauta salmaqla kəmərə sahib çıxıb.
Z.Səmədov döyüşdən sonra təşkilatçılara təşəkkürünü bildirib: "Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm".
Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.