İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin (TSK) dörd əsgəri şəhid olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə terrorçularla qarşıdurmada Türkiyə Ordusunun iki hərbçisi şəhid olub, daha dörd əsgər yaralanıb. Dərhal xəstəxanaya çatdırılan əsgərlərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Nazirlik şəhidlərlə bağlı türk xalqına başsağlığı verib.
Cavab əməliyyatları davam edir.