Ermənistanda daha bir etiraz aksiyası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Cəmiyyətin İnteqrasiya və Dəstək Mərkəzi” QHT-sinin rəhbəri Oleq Dulqaryan məlumat yayıb.
O, özünün Facebook səhifəsində fotoşəkillər yerləşdirərək yazıb ki, “Lori bölgəsindəki Tumanyan icmasının Motkor yarımrayonunun sakinləri- Lorut, Şamut və Atanlılar M6 dövlətlərarası mühüm əhəmiyyətli yolu bağlayıblar. Onlar öz kəndlərinə gedən yolları təmir etməyi tələb ediblər. Hansılar ki, çox pis vəziyyətdədir".
Qeyd edilir ki, 2021-ci ildə yolların təmiri üçün dövlət tərəfindən pul ayrılsa da, bu prosesə başlanılmayıb. Məlumata görə, buna səbəb məlum elektrik stansiyasın borularının həmin yollara yaxın olmasıdır. İddia olunur ki, təmir başlanılsa borular da sıradan çıxa bilər.