Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib.
Senzor.az Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadən bildirir ki, Xidmətin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər.
“Bundan sonra düşmən ağır itkilər verərək geri çəkilib”, - məlumatda qeyd edilib.