Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısı Dünya Ruhani Liderləri Konqresinin nəticələrinin qlobal çağırışlar qarşısında ümumi birliyə, millətlərarası harmoniyanın, sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
QMİ sədri A.Paşazadə Kasım-Jomart Tokayevin Bakıya son səfərinin nəticələrini müsbət qiymətləndirib, həmçinin Qazaxıstanın dinlər və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib.