Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.
Senzor.az bildirir ki, Müdafiə Nazirliyinin yaydığı yeni məlumatda belə deyilir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.