Müdafiə Nazirliyində hərbi attaşelər üçün növbəti brifinq keçirilib
FOTO

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün mövcud vəziyyətlə bağlı növbəti brifinq keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

İdarə rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların cari vəziyyəti ilə bağlı məlumatlar verib.

 

Qeyd olunub ki, qarşı tərəf müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək bölmələrimizin yerləşdiyi mövqeləri və mülki infrastrukturu atəşə tutub. Azərbaycan Ordusunun bölmələrinin zəruri cavab tədbirləri nəticəsində genişmiqyaslı təxribatın qarşısı qətiyyətlə alınıb.

 

General-mayor H.Mahmudov brifinq zamanı xüsusilə vurğulayıb ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin iştirakı ilə imzalanan üçtərəfli bəyanata sadiqdir və törədilən təxribat nəticəsində yaranan gərginlik, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.