"Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib"
DSX AÇIQLAMA YAYDI

Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanın təxribatı ilə bağlı açıqlama yayıb.

 

Senzor.az-ın məlumatına görə, açıqlamada deyilir ki, sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib. Şəxsi heyət və hərbi texnika baxımından coxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib: “Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdininin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar:

 

kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;

 

baş gizir Məmmədov Azər Mustafa oğlu;

 

baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;

 

kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;

 

kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;

 

kiçik gizir Babazadə Elşən Sahib oğlu;

 

baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;

 

baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.

 

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.