Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.
Senzor.az xatırladır ki, G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
"Qarabağ"ın heyətində Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç fərqləniblər.
G qrupunun digər matçında Yunanıstanın “Olimpiakos” klubu doğma meydanda “Frayburq”a (Almaniya) məğlub olub – 0:3.
“Nant” ilk turda “Olimpiakos”u məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.
Almaniya klubu 6 xalla G qrupuna liderlik edir. “Qarabağ” və “Nant” klubları 3 xalla 2-3-cü pillədə yer alıblar. “Olimpiakos”un isə hesabında xal yoxdur.
Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 6-da səfərdə “Olimpiakos”a qarşı keçirəcək.
**11:37
Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Senzor.az bildirir ki, komandamız G qrupundakı ikinci sınağında Fransanın “Nant” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.
Ağdam təmsilçisinin heyətində Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov zədəli olduqları üçün oyunu buraxacaqlar. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq.
“Nant” ilk turda Yunanıstanın “Olimpiakos” komandasını məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.
G qrupunun digər matçında “Olimpiakos” klubu “Frayburq”u qəbul edəcək.